Sabirabadda minifutbol üzrə turnirinə start verilib
Sabirabad rayonunda şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə minifutbol üzrə rayon turniri təşkil olunub.
Turnirdə rayonun müxtəlif yerlərindən təmsil edən 18 komanda iştirak edir. Yarışın keçirilməsində məqsəd şəhidlərin xatirəsini ehtiramla yad etmək, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, idmanın və sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir.
Turnir çərçivəsində komandalar arasında qarşılaşmalar keçiriləcək və yarışın nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşdiriləcək.
Yarış Sabirabadxəbər.az sayıtının təşəbbüsü və təşkilatçılığı ilə keçirilir.