sabirabadxeber.az / Sabirabad cüdoçuları Region Birinciliyində 6 Azərbaycan Çempionatı lisenziyası qazanıblar

Sabirabad cüdoçuları Region Birinciliyində 6 Azərbaycan Çempionatı lisenziyası qazanıblar

🥋 Sabirabad rayonunun cüdoçuları U-14 və U-17 Aran-Mil-Muğan bölgəsi üzrə Region Birinciliyində uğur qazanıblar
U-14 və U-17 yaş qrupları arasında keçirilən Aran-Mil-Muğan bölgəsi üzrə Region Birinciliyində Sabirabad rayonunun cüdoçuları uğurlu çıxış ediblər.
Yarışın nəticələrinə əsasən, Sabirabad rayonunu təmsil edən 6 idmançı Azərbaycan Çempionatında lisenziya qazanıb.
Bu münasibətlə idmançılarımızı və onların şəxsi məşqçisi İsmayıl Mehralıyevi ürəkdən təbrik edirik.
Bu gün, 10:16
Geri