Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə "Sabirabadxəbər"ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata əsasən, iyulun 27-si gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27,cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyə olunur.