sabirabadxeber.az / Biləsuvarda “Nə? Harada? Nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi

Biləsuvarda “Nə? Harada? Nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi

Biləsuvarda “Nə? Harada? Nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 26 iyul Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi
Tədbirdə çıxış edən Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun sektor müdiri Azad Quliyev qeyd etdi ki, 26 iyul Gənclər və İdman Nazirliyinin yaranması günüdür. Ulu öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi.
30 gəncin iştirak etdiyi yarışda sualların əksəriyyətinə düzgün cavab verərək daha çox xal toplayan Ağalıkənd kənd tam orta məktəbin “Qarabağ” komandası 🥇 yerə, Əsgərabad kənd tam orta məktəbin “Lahza” komandası 🥈yerə, Aşağı Cürəli kənd tam orta məktəbin “Paradoks” komandası isə 🥉yerə layiq görüldü.
📌 Sonda qalib komandalar müvafiq diplomlarla mükafatlandırıldı.
Bu gün, 19:16
Geri