sabirabadxeber.az / 3 yaşlı uşaq atasının idarə etdiyi aqreqatın altında qalaraq öldü

3 yaşlı uşaq atasının idarə etdiyi aqreqatın altında qalaraq öldü

Zərdab rayonunda faciəvi hadisə baş verib.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.

İlkin məlumata görə, 3 yaşlı Əsma Kərimli atasının idarə etdiyi otbağlayan texnikanın altında qalaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə şəraiti və ölümün səbəbi aparılan araşdırmalardan sonra müəyyənləşdiriləcək.

21.07.2026 » 09:40
Geri