sabirabadxeber.az / ASCO sədri donanma rəisini vəzifəsindən azad etdi

ASCO sədri donanma rəisini vəzifəsindən azad etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının rəisi Çingiz Səfərov vəzifəsindən azad edilib.

"Sabirabadxəbər"in əldə etdiyi məlumata görə, bununla bağlı ASCO-nun sədri Əfqan Cəlilov əmr imzalayıb.

Hələlik Çingiz Səfərovun yerinə təyinat yoxdur.

20.07.2026 » 16:06
Geri