sabirabadxeber.az / ASCO-nun iki departament rəisi işdən çıxdı

ASCO-nun iki departament rəisi işdən çıxdı

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində (ASCO) kadr islahatları aparılıb.

"Sabirabadxəbər.az" ın əldə etdiyi məlumata görə, ASCO-nun Daxili nəzarət departamentinin rəisi Vaqif Quliyev təqaüd yaşına çatması ilə əlaqədar,  Maliyyə və uçot departamentinin rəisi Fəxrəddin Həsənov isə öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.

ASCO-dan sorğumuza cavab olaraq xəbəri təsdiqləyiblər.

02.02.2026 » 14:40
Geri