sabirabadxeber.az / İsmayıllıda ağır qəza olub, 3 nəfər ölüb

İsmayıllıda ağır qəza olub, 3 nəfər ölüb

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər" xəbər verir ki, "Opel" markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər və motosikletin sürücüsü hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Hazırda hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

19.07.2026 » 15:00
Geri