sabirabadxeber.az / Azərsilah”ın poliqonunda yanğın oldu

Azərsilah”ın poliqonunda yanğın oldu

Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi olub.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.

19.07.2026 » 13:15
Geri