sabirabadxeber.az / Polkovnik Səttar Manafov vəfat etdi

Polkovnik Səttar Manafov vəfat etdi

Ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Manafov Səttar Qəzənfər oğlu vəfat edib.

"Sabirabadxəbər"ın məlumatına görə, o, 40 ilə yaxın Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.

​Qeyd edək ki, Səttar Manafov Hərbi Dəniz Qüvvələrində xidmət etməklə yanaşı, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində kafedra müdiri və Təlim-Tədris Mərkəzinin rəisi vəzifələrində çalışıb.

O, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Mərhum doğulduğu Neftçala şəhərində dəfn edilib.

19.07.2026 » 09:36
Geri