sabirabadxeber.az / Kəlbəcərdə çaya düşən uşağın meyiti tapıldı

Kəlbəcərdə çaya düşən uşağın meyiti tapıldı

Kəlbəcərin Çəpli kəndində çaya düşən 11 yaşlı uşağın meyiti tapılıb.

“Sabirabadxəbər” xəbər verir ki, Yaqub Zabil oğlu Abutalıbovun cansız bədəni dalğıc-xilasedicilər tərəfindən aşkar edilib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

16.07.2026 » 16:23
Geri