sabirabadxeber.az / Sabirabadda bu gün qaz fasilə ilə veriləcək

Sabirabadda bu gün qaz fasilə ilə veriləcək

Sabirabadın bəzi hissələrində qaz təchizatı dayandırılacaq.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Sabirabad şəhərinin bir neçə küçəsinin və rayonun Əsgərbəyli, Qasımbəyli, Muradbəyli, Qalaqayın, Yuxarı Axtaçı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

16.07.2026 » 08:32
Geri