sabirabadxeber.az / Ağdərədə maşın aşdı - Ər-arvad öldü

Ağdərədə maşın aşdı - Ər-arvad öldü

Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Sabirabadxəbər" xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.

Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

14.07.2026 » 18:18
Geri