sabirabadxeber.az / Qubada 11 yaşlı oğlan çayda boğularaq öldü

Qubada 11 yaşlı oğlan çayda boğularaq öldü

Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Sabirabadxəbər"ın məlumatına görə, hadisə Qudyal çayının Quba rayonunun Qəçrəş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü Xəyyam Tərlan oğlu Məmmədov çayda çimərkən boğularaq həyatını itirib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

14.07.2026 » 09:37
Geri