Sabirabadlı dövlət xadimi Vəfadar Bağırovun 63 yaşı tamam oldu.
Bu gün ( 11 İyul )Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin 3-cü Ərazi sektorunun müdiri Vəfadar Balaqardaş oğlu Bağırovun doğum günüdür.
Vəfadar Bağırov 11 iyul 1963-cü ildə Sabirabad şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb.
Əmək fəaliyyətinə müxtəlif məsul vəzifələrdə başlayan Vəfadar Bağırov uzun illər Sabirabad rayonunun ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal iştirak edib. O, rayonda müxtəlif vəzifələrdə çalışaraq zəngin idarəçilik təcrübəsi qazanıb.
1993–2003-ci illərdə Sabirabad şəhər İcra nümayəndəsi vəzifəsində fəaliyyət göstərib. 2003-cü ildə isə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub. 2011-ci ilə qədər bu vəzifədə çalışaraq rayonun inkişafı, həyata keçirilən sosial layihələr və dövlət proqramlarının icrası istiqamətində mühüm xidmətlər göstərib.
2011-ci il iyulun 8-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin 3-cü Ərazi sektorunun müdiri vəzifəsinə təyin edilib. Hazırda da həmin məsul vəzifədə fəaliyyətini uğurla davam etdirir.
Peşəkarlığı, zəngin idarəçilik təcrübəsi, dövlətə və dövlətçiliyə sadiqliyi ilə seçilən Vəfadar Bağırov çalışdığı bütün vəzifələrdə üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirərək həmkarlarının və onu tanıyan insanların hörmətini qazanıb.
Azərbaycan Prezidenti tərəfindən uzunmüddətli və səmərəli dövlət qulluğuna görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Doğum günü münasibətilə Vəfadar Balaqardaş oğlu Bağırovu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, məsul və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.