🟢 Beyləqan rayonunda"07 İyul- Dünya Voleybol Günü"nə həsr olunmuş yeniyetmə və gənclər arasında voleybol idman növü üzrə dostluq görüşü keçirilib.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Beyləqan Olimpiya İdman Kompleksinin dəstəyi ilə "07 İyul- Dünya Voleybol Günü"nə həsr olunmuş yeniyetmə və gənclər arasında voleybol idman növü üzrə dostluq görüşü Beyləqan Olimpiya İdman Kompleksində baş tutub.
✔️Görüşün əsas məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək, sağlam həyat tərzi və bədən tərbiyəsinin təbliğinə nail olmaq, idmana marağı artırmaq və voleybol idman növünün inkişaf etdirilərək kütləviləşməsini təmin etməkdir.