🟢 Sabirabad rayonunda “Stressin idarə olunması və psixoloji sağlamlığın qorunması” mövzusunda maarifləndirici görüş keçirilib.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, “Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı və Narin Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə “Stressin idarə olunması və psixoloji sağlamlığın qorunması” mövzusunda maarifləndirici görüş keçirilib.
🔊 Tədbirdə Narin Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqları Zəminə Quliyeva və Nərmin Sədiyeva çıxış edərək stressin yaranma səbəbləri, onun insan sağlamlığına təsirləri, emosiyaların idarə olunması və psixoloji sağlamlığın qorunması ilə bağlı ətraflı məlumat veriblər.
📝 Görüş zamanı iştirakçılarla mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşün əsas məqsədi iştirakçıların psixoloji sağlamlığın qorunmasının əhəmiyyəti barədə məlumatlandırılması, gündəlik həyatda stressin düzgün idarə olunması yollarının izah edilməsi və sağlam həyat tərzinin təşviqi olub.