sabirabadxeber.az / Generala yüksək vəzifə verildi

Generala yüksək vəzifə verildi

Müdafiə Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib.

"Sabirabadxəbər" “Bakupost”a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi, general-leytenant Azər Əliyev Baş Qərargah rəisinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Azər Əliyev 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunmuşdu.

07.07.2026 » 14:42
Geri