sabirabadxeber.az / Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər"ın xəbərinə görə, hadisə şəhərin M. S. Ordubadi küçəsində qeydə alınıb.


Sabirabad şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mersedes" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

05.07.2026 » 18:46
Geri