sabirabadxeber.az / Həkəridə batan kişinin axtarışları davam edir

Həkəridə batan kişinin axtarışları davam edir

Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan kişinin axtarışları davam edir.

“Sabirabadxəbər” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

05.07.2026 » 12:05
Geri