sabirabadxeber.az / Mingəçevirdə “İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” çərçivəsində gənclərlə görüş keçirilib

Mingəçevirdə “İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” çərçivəsində gənclərlə görüş keçirilib

Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin tərəfdaşlığı ilə “İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” keçirilir.
İyulun 3-də gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir şəhərinə səfəri çərçivəsində düşərgə iştirakçıları ilə görüşüb.
Görüşdə nazir Fərid Qayıbov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə məlumat verib. Sonra görüş interaktiv müzakirə formatında davam edib, nazir iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.
04.07.2026 » 14:42
Geri