sabirabadxeber.az / Sumqayıtda 20 yaşlı qız dənizdə boğulub öldü

Sumqayıtda 20 yaşlı qız dənizdə boğulub öldü

Sumqayıtda gənc qadın dənizdə həyatını itirib.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən çimərlik ərazisində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü şəhər sakini M. İsmayılovanın meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

04.07.2026 » 12:36
Geri