🇦🇿 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Sabirabad Peşə Liseyində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Elçin Səmədov Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan, Silahlı Qüvvələrimizin dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasındakı mühüm rolundan danışmışdır. O, Vətən müharibəsində iştirak etmiş lisey əməkdaşları – hərbi rəhbər Dəyanət Mustafayev və anbardar Aris Mehdiyevin göstərdikləri xidmətləri yüksək qiymətləndirərək onları fəxri fərmanla təltif etmişdir.
Tədbirdə çıxış edən tarix müəllimi 26 İyun tarixinin əhəmiyyətindən, Azərbaycan Ordusunun yaranma tarixindən, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən bəhs etmişdir. Bildirilmişdir ki, güclü ordu müstəqil dövlətin əsas dayaqlarından biridir və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir.
Tədbirin sonunda Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmiş, qazilərimizə və hərbi qulluqçularımıza minnətdarlıq ifadə olunmuşdur.
🇦🇿 Yaşasın Azərbaycan Ordusu!
🇦🇿 Yaşasın müstəqil Azərbaycan!