sabirabadxeber.az / Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

"Sabirabadxəbər" xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, həmin tarix ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi elan edilib.

23.06.2026 » 09:00
Geri