sabirabadxeber.az / Bakıda Neft Emalı Zavodunda yanğın

Bakıda Neft Emalı Zavodunda yanğın

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.

“Sabirabadxəbər” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək

18.06.2026 » 09:01
Geri