Milli Məclis Aparatının əməkdaşları “Heydər zirvəsi”nə Milli Qurtuluş Günündə yürüş ediblər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və Milli Qurtuluş Günü münasibətilə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin rəhbərliyi ilə Aparatın bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib.
İyunun 15-də başlayan yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızılqaya massivində, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb.