Bu gün Şamaxının Meysəri kəndində Barbekü festivalı başlayır.
“Sabirabadxəbər” xəbər verir ki, iki gün davam edəcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının dəstəyi, “Azərsun Holdinq”, “Coca-Cola Azərbaycan”ın baş sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC, “Premium Meat”, “Baku Medical Plaza”nın rəsmi tərəfdaşlığı ilə təşkil olunur.
Ötən il olduğu kimi, bu il də Beynəlxalq Barbekü Festivalında dünyanın müxtəlif ölkələrini təmsil edən şef-aşpazlar iştirak edir: Azərbaycan, Banqladeş, Çin, Danimarka, Fransa, Gürcüstan, Hindistan, İtaliya, Koreya, Malayziya, Özbəkistan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya.
Axşam saatlarında isə ziyarətçiləri musiqili proqram gözləyir.
Festival 13-14 iyun tarixlərində saat 14:00-dan 20:00-dək davam edəcək.