sabirabadxeber.az / Balakəndə 10 tona yaxın çətənə kolu məhv edildi

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edildi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Hənifə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə "Sabirabadxəbər"ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 9 ton 800 kiloqram olan 10 min 815 ədəd çətənə kolu məhv edilib

Dünən, 18:08
Geri