sabirabadxeber.az / Araz Nəsirov vəzifəsindən azad olundu

Araz Nəsirov vəzifəsindən azad olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavinlərindən biri öz istəyi ilə vəzifədən azad olunub.

"Sabirabadxəbər" xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Araz Nəsirov TƏBİB-in İcraçı direktorunun müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Nəsirov 2022-ci ilin dekabr ayından bu vəzifədə çalışırdı.

11.06.2026 » 09:50
Geri