sabirabadxeber.az / Azərbaycan millisi San Marinoya qarşı

Azərbaycan millisi San Marinoya qarşı

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

"Sabirabadxəbər" xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gələcək. Macarıstandakı “Haladaş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub - 0:2.

Yoxlama oyunu

9 iyun

22:00. Azərbaycan - San Marino
Baş hakim:
Marton Ruş (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu

09.06.2026 » 09:37
Geri