sabirabadxeber.az / Sabirabad rayonunda 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilib

Sabirabad rayonunda 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilib

Sabirabad rayonunda 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildən etibarən hər ilin iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı münasibətilə rayonun su təsərrüfatı və meliorasiya işçiləri Sabirabad şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinin ehtiramla yad ediblər.

Tədbirdə RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə təbrik etmiş, işlərində onlara uğurlar arzulamışdır.

Daha sonra çıxışçılar dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan minnətdarlıqla söhbət açılaraq, Heydər Əliyev ideyalarının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görüldüyünü qeyd ediblər.

Tədbirin sonunda rayonun su təsərrüfatı işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkili çəkdirmişlər.

Dünən, 15:27
Geri