sabirabadxeber.az / Azərbaycan ikinci dəfə Avropa çempionu oldu!

Azərbaycan ikinci dəfə Avropa çempionu oldu!

⚽️ Azərbaycan ikinci dəfə Avropa çempionu oldu!
Slovakiyanın Bratislava şəhərində keçirilən minifutbol üzrə qitə çempionatının finalında Azərbaycan milli komandası Ukrayna yığmasına 2:0 hesabı ilə qalib gələrək yenidən Avropa çempionu olub.
Bu, komandamızın son illərdə qazandığı üçüncü böyük uğurudur. Millimiz 2022-ci ildə Avropa çempionu, 2025-ci ildə isə dünya çempionu olub.
Təbriklər, Azərbaycan! 🇦🇿
Dünən, 09:00
Geri