sabirabadxeber.az / Kürdəmirdə məktəblinin meyiti tapıldı

Kürdəmirdə məktəblinin meyiti tapıldı

Kürdəmir rayonunda 15 yaşlı oğlan vəfat edib.


"Sabirabadxəbər" Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 1-i saat 15 radələrində Kürdəmir şəhərində baş verib.


2011-ci il təvəllüdlü şəhər sakini Osman Səbuhi oğlu Allahverdiyevin meyitini yaxınları evin həyətindəki yardımçı təsərrüfatda aşkar ediblər.


Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

02.06.2026 » 18:13
Geri