sabirabadxeber.az / YAP Sabirabad rayon təşkilatı 1 İyun münasibətilə uşaqlarla bayram görüşü keçirib

YAP Sabirabad rayon təşkilatı 1 İyun münasibətilə uşaqlarla bayram görüşü keçirib

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabirabad rayonunda fəaliyyət göstərən uşaq bağçalarından birini ziyarət edərək balacaları təbrik edib. Ziyarət zamanı təşkilat sədri uşaqları və bağçanın pedaqoji kollektivini əlamətdar bayram münasibətilə ürəkdən qeyd edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik və parlaq gələcək arzulayıb. Təşkilat sədri çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, uşaqların sağlam və vətənpərvər ruhda böyüməsinin dövlətin hər zaman prioritet vəzifələrindən biri olduğunu vurğulayıb. Bayram tədbirində bağçanın fidanları öz istedadlarını nümayiş etdirərək hazırladıqları şeir, mahnı və rəqs nömrələri ilə çıxış ediblər.

01.06.2026 » 14:15
Geri