sabirabadxeber.az / 4 tondan artıq çətənə kolu məhv edildi

4 tondan artıq çətənə kolu məhv edildi

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə "Sabirabadxəbər"ə DİN-dən məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 4 ton 200 kiloqram olan 9692 ədəd çətənə kolu məhv edilib.

30.05.2026 » 11:32
Geri