sabirabadxeber.az / Ağdaşda bir ailənin üzvləri qəzaya düşdü - Xəsarət alanlar var

Ağdaşda bir ailənin üzvləri qəzaya düşdü - Xəsarət alanlar var

Ağdaşda yol-nəqliyyat hadisəsi olub.

"Sabirabadxəbər" in məlumatına görə, qəza Qumlaq kəndi yaxınlığında baş verib. "BMW" və "VAZ-21010" markalı maşınların toqquşması zamanı bir ailənin 3 üzvü xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan 1962-ci il təvəllüdlü Yeganə Eminova, həyat yoldaşı 1951-ci il təvəllüdlü Müğdət Eminov və oğulları 1987-ci il təvəllüdlü Anar Eminov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

27.05.2026 » 13:00
Geri