sabirabadxeber.az / Sabirabad məktəbliləri voleybol yarışında III yer qazandı

Sabirabad məktəbliləri voleybol yarışında III yer qazandı

Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabad şəhər məktəbliləri arasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş voleybol yarışı keçirilmişdir.

Yarışda Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası uğurla iştirak edərək III yerə layiq görülmüşdür.

Şagirdlərimizi qazandıqları nailiyyət münasibətilə təbrik edir, onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!

26.05.2026 » 17:00
Geri