sabirabadxeber.az / Vətən Müharibəsi qazisi vəfat etdi

Vətən Müharibəsi qazisi vəfat etdi

Vətən Müharibəsi qazisi vəfat edib.

“Sabirabadxəbər” xəbər verir ki, 31 yaşlı Şamo İbadov xəstəlikdən ölüb.

Qeyd edək ki, idmançı, qaydasız döyüş növü üzrə məşqçi- müəllim olan İbadov Şamo İsrafil oğlu Lerikin Anbu kəndindəndir. O, Vətən Müharibəsində könüllü olaraq döyüşlərə qatılmış, müharibədən sonra da xidmətini davam etdirib.

24.05.2026 » 11:37
Geri