sabirabadxeber.az / Bərdədə ağır qəza olub, ölən var

Bərdədə ağır qəza olub, ölən var

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

"Sabirabadxəbər" in məlumatınagörə, hadisə Mehdixanlı kəndi ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü Nadir Rəşid oğlu Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb.

Qəza nəticəsində sürücü Nadir Həsənov ağır xəsarətlər alıb. Avtomobildə olan 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

24.05.2026 » 10:31
Geri