sabirabadxeber.az / Azərbaycan çempionatının sonuncu turu bu gün başlayır

Azərbaycan çempionatının sonuncu turu bu gün başlayır

Misli Premyer Liqasında sonuncu - XXXIII tura bu gün bir oyunla start veriləcək.

"Sabirabadxəbər" xəbər verir ki, turun ilk matçında "Qəbələ" "Şamaxı" ilə üz-üzə gələcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 18:30-da start götürəcək.

Meydan sahibləri 24 xalla 11-ci, qonaqlar 38 xalla 8-ci pillədə qərarlaşıb.

Tura mayın 24-də yekun vurulacaq.

21.05.2026 » 10:33
Geri