sabirabadxeber.az / Mingəçevirdə qəza - Xəsarət alan var

Mingəçevirdə qəza - Xəsarət alan var

Mingəçevirdə yol qəzası olub.

"Sabirabadxəbər"  in məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Hərəkətdə olan "Opel" markalı avtomobil "Volkswagen" markalı maşına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü Feyruz Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

14.05.2026 » 12:54
Geri