sabirabadxeber.az / Ağdamda ağır yol qəzası olub, ölənlər var

Ağdamda ağır yol qəzası olub, ölənlər var

Ağdamda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Sabirabadxəbər” in məlumatına görə, qəza Xıdırlı kəndi yaxınlığında qeydə alınıb. “VAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

10.05.2026 » 09:31
Geri