🟢 Sabirabadda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəbli gənclər arasında region turniri keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki,Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin, Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad Gənclər evində “Nə? Harada? Nə zaman?” intellektual oyununun məktəbli gənclər arasında region turniri keçirilib.
🏆 Region birinciliyinin nəticələrinə əsasən:
🥇I yerə - Sabirabad rayonunun “Türksoy” komandası,
🥈II yerə - Sabirabad rayonunun “Turan”komandası,
🥉III yerə - Beyləqan rayonunun “Xarıbülbül” komandası layiq görülüblər.
🏆Yarışın yekununda ilk 3 yeri tutan komandalar MMRGİİ-nin diplomları və “Əminlər” şirkətinin hədiyyələri ilə təltif olunublar.