sabirabadxeber.az / Gəncədə 3 avtomobil toqquşdu

Gəncədə 3 avtomobil toqquşdu

Gəncədə zəncirvari qəza olub.

"Sabirabadxəbər.az" "Unikal"a istinadən xəbər verirki, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Belə ki, hərəkətdə "VAZ-2106" "Changan" və "Hyundai" markalı evakuator toqquşub.

Nəticədə xəsarət alan olmayıb. Qəza zamanı hər 3 avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

31.01.2026 » 19:00
Geri