📢 Sabirabadda “LevelUP” forumu uğurla təşkil olunub!
"Sabirabadxeber" xeber verir ki,30 aprel 2026-cı il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mil-Muğan regional nümayəndəliyinin təşkilatçılığı və Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci tərəfdaşlığı çərçivəsində “Gənclərin peşəkar inkişaf imkanları” mövzusuna həsr olunmuş “LevelUP” forumu keçirilib. 🚀
Forumun açılış mərasimində Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Kamran Nəsirov, GİKM-in Mil-Muğan regional nümayəndəliyinin koordinatoru Bilal Muxtarov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov və Təcrübə işləri üzrə direktor müavini, təcrübə rəhbəri İlham Hüseynov çıxış edərək ölkədə gənclərin peşəkar inkişafına göstərilən diqqəti, onların bacarıqlarının artırılmasının və düzgün karyera istiqamətinin seçilməsinin vacibliyini vurğulayıblar.
Panel “Gənclərin peşəkar inkişaf imkanları” mövzusu ətrafında qurularaq gənclərin müasir əmək bazarına uyğun bacarıqlar əldə etməsi, praktiki təcrübənin önəmi, davamlı özünüinkişafın rolu, karyera planlamasının əsas prinsipləri və fərdi inkişaf strategiyalarının formalaşdırılması kimi məsələləri əhatə edib. Eyni zamanda gənclərin mövcud imkanlardan səmərəli istifadə yolları barədə ətraflı məlumat verilib.
Forum interaktiv müzakirələr, iştirakçıların sualları və fikir mübadiləsi ilə davam etdirilib.
#Birkimibirlildə #AZEgənclər #MilMuğanRGİİ