"Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" və "Vita" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Onlar 1998-ci təvəllüdlü İlkanə Qəhrəman qızı Qəhrəmanova, 2022-ci il təvəllüdlü Mehdi Nurəddin oğlu Qəhrəmanov və daha bir nəfər xəsarət alıb.
Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.