sabirabadxeber.az / Yevlaxda qəza- 10 yaşlı qız öldü - Foto

Yevlaxda qəza- 10 yaşlı qız öldü - Foto

Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Sabirabadxəbər” xəbər verir ki, hadisə rayonun Kövər kəndi ərazisində qeydə alınıb.

1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

29.04.2026 » 09:56
Geri