sabirabadxeber.az / Ağcabədidə qəza - Ölən var

Ağcabədidə qəza - Ölən var

Ağcabədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb.


Kənd sakini, 1969-cu il təvəllüdü Lətif Qaryağdı oğlu Nağıyev səhər saatlarında işə getmək üçün Mingəçevir-Bəhrəmtəpə magistral yolunun kənarında marşrut avtobusunu gözləyərkən Vəli Nüsrətlinin idarə etdiyi "Toyota Prius" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.

28.04.2026 » 18:11
Geri