sabirabadxeber.az / Ağcabədidə 2 nəfər qətlə yetirildi - Prokurorluq məlumat yaydı (YENİLƏNİB)

Ağcabədidə 2 nəfər qətlə yetirildi - Prokurorluq məlumat yaydı (YENİLƏNİB)

Aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.


Ağcabədi rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq və Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 


Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.


Hazırda ibtidai istintaq davam etdirilir.


***


11:34


Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.


"Sabirabadxəbər" xəbər verir ki, qətlə yetirilən şəxslər Arazbar kənd sakini tərəfindən bıçaqlanıb.


Nəticədə 1996-cı il təvəllüdlü Mamedov Şaiq Telman oğlu, 1989-cu il təvəllüdlü Mamedov Həsən Teymurxan oğlu aldıqları xəsarətlərdən həyatlarını itiriblər.


Hadisənin hansı səbəbdən baş verməsi hələ ki bilinmir.


Araşdırma aparılır.

27.04.2026 » 11:39
Geri