"Sabirabadxəbər" xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 26-da Göyçay rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
📍 Göyçay Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Göyçay, İsmayıllı, Şamaxı, Ağdaş, Ucar, Qobustan və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər.
📝 Qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı aprelin 25-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
✔️ Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı aprelin 26-da 08:00-da Göyçay Olimpiya İdman Kompleksində keçiriləcək.
🪪 Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.